Prezidentlər üçün naharda bu menyu hazırlanıb - FOTO
62
21:02 - 17 May 2024

Xəbər verdiyimiz kimi, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşaya səfər edib.
TNS-in məlumatına görə, onu Füzuli aeroportunda Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Dövlət başçılarının nahar masasına yerli mətbəxdən olan təamlar düzülüb.
Bunların arasında Şuşa mətbəxinin nümunələri də olub.
Həmin menyunu təqdim edirik:
Tərəvəz/pendir assorti
Qatıq-aş (Şuşa mətbəxi)
Nərə balığı ləvəngisi
Kükü
Vələs yarpağından dolma
Soğanda qızardılmış toyuq
Sacda ət
Təndirdə quzu
Assorti kabab
Boyana plov (Şuşa mətbəxi)
Panna-kotta (İtaliyan şirniyyatı, şəkərsiz)
Milli şirniyyatlar.