Close

12:20
27 İyul 2024

"Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil"

Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil.

TNS xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz sərhəddə hərbi eskalasiyaya qarşı xəbərdarlıq edirik. Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında deyil”, - Miller bildirib.

Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək.