Close

Yeni ədliyyə naziri kimdir?

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovu Azərbaycanın ədliyyə naziri təyin edib.

TNS yeni nazirin dosyesini təqdim edir.

Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə  Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində “Beynəlxalq insan hüquqları” ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Yeni nazir 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

O, 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.

Fərid Əhmədov 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsidə çalışıb, 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

O, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunmuşdu.