Close

12:20
27 İyul 2024

İranda həbs olunan Fərid Səfərlinin anası XİN-ə müraciət etdi

"Fəridin son vaxtlar səhhəti yaxşı deyil. Əsəbləri pozulub. Azad olunacağı ilə bağlı bütün ümidini itirib".

Bunu TNS-ə İranda həbs edilən vətəndaşımız Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.

Onun sözlərinə görə, Fərid əvvəllər ümid edirdi ki, əfvə düşə bilər: “Amma indi ümidi qalmayıb. Həddən artıq aqressivdir. İranda həkim müayinə edib, dərman yazıb. Lakin dərmanları içməkdən imtina edir. Ona görə də Fəridin səhhəti ilə bağlı həddindən artıq narahatam. Xahiş edirəm ki, Xarici İşlər Nazirliyi Fəridlə bağlı aparılan danışıqları daha da sürətləndirsin. Çünki vəziyyəti çox pisdir. Biz də onun durumundan çox narahatıq".

Mərahim Nəsib