Close

12:20
27 İyul 2024

Əli Nağıyev: "Gözləntilərimiz özünü tam doğrultmayıb"

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcək”.

TNS xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

General bildirib ki, hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi: “Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.