Close

17:34
28 Mart 2024

Ermənilər Xankəndidə xüsusi əməliyyatın keçirilməsini "xahiş edirlər" – ŞOK AÇIQLAMA

“Separatçı ermənilərin son sığınacaq yeri olan Xankəndidə Prezident İlham Əliyevin dediyi "istənilən səviyyədə həmin əməliyyatı keçirmək" vaxtı sürətlə yetişməkdədir”.

TNS xəbər verir ki, bunu politoloq, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Aydın Quliyev Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı zamanı səsləndirdiyi bu fikirləri xatırladıb: “Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar”.

aydin-quliyev012

Politoloq deyib ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığına qondarma Xankəndi rejiminin "parlamenti” reaksiya verib. Oyuncaq parlament dərhal bəyanat yayıb ki, "biz yerimizdəyik və mübarizəni davam etdiririk”.

“Əslində Azərbaycan Prezidentinin dedikləri və ya separatçılara təklifi Xankəndidəki son separatizm yuvasının nisbətən ən ağrısız və dinc şəkildə aradan qaldırılması yoludur. Bir halda ki, ayrıca status və miatsum olmayacaq, qalır Prezident Əliyevin təklif erdiyi yol. Lakin belə görünür ki, ermənilər bu yolla getmək istəmədilər, bu anda onlara Moskvadan və Yerevandan təzyiq edildiyi şübhəsizdir. Nə parlament buraxılana, nə separatçı prezident təslim olana, nə də digər "məmurlar" vəzifələrini qoyub gedənə oxşamırlar. Demək, iş qaldı Xankəndi ilə bağlı xüsusi əməliyyata. Daha doğrusu, bunu ermənilər özləri "xahiş edir", - Aydın Quliyev bildirib.