Close

Baş nazir Zahid Oruca səsləndi: O cihazı gətirin...

“Hansı cihazla müəyyənləşir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır”.

TNS xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

“Zahid Orucdan xahiş edəcəm ki, hansı cihazdırsa, gətirsin görək, xalqın arasında hökumətin nüfuzunu necə ölçürlər”,- deyə baş nazir hökumətin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.

Qeyd edək ki, deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşlar arasında müxtəlif mövzularla bağlı sorğular keçirir.