"Bu, Ukrayna ilə sazişlərin bir hissəsi olacaq"
8
16:20 - 30 May 2025

Qara dənizdə təhlükəsizlik məsələləri Rusiya-Ukrayna arasında müvəqqəti atəşkəs üçün hazırlanan şərtlərin tərkib hissəsinə çevriləcək.
TNS xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Şərtlərin siyahısı hazırlanır. Qara dənizdə naviqasiya təhlükəsizliyi bu və ya digər şəkildə gələcək anlaşmaların ayrılmaz hissəsinə çevriləcəkdir”, - o bildirib.