Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

Bu gecə Ukrayna ordusu Rusiya hərbi sənayesinin Orlov vilayətindəki “Bolxov Yarımkeçiricilər Zavodu”na zərbələr endirib.
TNS xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Bolxov Yarımkeçirici Cihazlar Zavodu”nun əsas fəaliyyət istiqaməti radioelektron avadanlıqlar üçün elektron məhsulların hazırlanması və istehsalıdır. Zavod radioelektron avadanlıqlar üçün mikrosxemlər, yarımkeçiricilər, birdəfəlik batareyalar və s. istehsal edir. Zavodun məhsulları kommunikasiya sistemlərində, idarəetmə sistemlərində, elektron döyüş sistemlərində, tanklar və raket sistemləri üçün simulyatorlarda istifadə olunur”, - qeyd olunub.