Close

İrəvanda sıradan bir gün - VİDEO

Ermənistanın paytaxtı İrəvanda dövlət qurumlarının birində qarşıdurma olub.

Bu barədə TNS “Shamshyan.com”a istinadla xəbər verir.

Məlumata görə, hadisə ötən gün səhər saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Belə ki, vətəndaşlar problemləri ilə maraqlanmadığına görə vəzifəli şəxslərdən kömək istəyiblər. Bu zaman tərəflər arasında əlbəyaxa mübahisə baş verib.

Hadisə zamanı bir neçə nəfərin müxtəlif xəsarətlərlə klinikaya yerləşdirildiyi bildirilir.