ABŞ Avropaya Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək
37
21:40 - 22 Aprel 2025
Amerika Birləşmiş Ştatları çərşənbə günü Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa ölkələrinə Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edəcək.
TNS xəbər verir ki, bununla bağlı “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, təklif mümkün sülh sazişi çərçivəsində veriləcək. Vaşinqton cəbhə xəttinin dondurulması məsələsini də qaldıracaq.