Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür
11
23:45 - 13 Mart 2025

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək.
TNS “Sky News“a istinadən xəbər verir ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.
“Bəli, düşünürəm ki, bu baş verəcək. Hazırda bu məsələdə açar rolu oynaya biləcək şəxsin yanında oturmuşam”, - Ağ Ev rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.