49 deputatın mandatına xitam verildi
44
14:06 - 05 Fevral 2025

Gürcüstan parlamenti 49 deputatın səlahiyyətlərinə xitam verib.
TNS xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərindən dərhal sonra müxalifət partiyaları - "Vahid Milli Hərəkat", "Dəyişiklik və Güclü Gürcüstan" Koalisiyası deputatları parlamentə müraciət edərək deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş ediblər. Onlar qərarlarını seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırıldığını iddia etməklə izah ediblər.