Close

23:43
08 Fevral 2025

Tramp onların qətli ilə bağlı məxfi sənədləri açıqlayacaq

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Martin Lüter Kinqin, həmçinin Con və Robert Kennedi qardaşlarının qətli ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlamağa hazırlaşır.

TNS xəbər verir ki, bu barədə New York Post (NYP) qəzeti məlumat yayıb.

"Yaxın günlərdə biz prezident Con Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin öldürülməsi ilə bağlı qalan qeydləri açıqlayacağıq", - Tramp bazar günü mitinqdə tərəfdarlarına deyib.

Trampın sözlərinə görə, o, bunu ilk səlahiyyət müddətində etməyi planlaşdırırdı, lakin təhlükəsizlik rəsmiləri tərəfindən mane olundu.

Amerika KİV-nin məlumatına görə, 1963-cü ildə baş vermiş Con Kennedinin qətli ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) sənədlərinin 95%-i indi açıqlanıb.

Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq. Bu gün o, yüzlərlə fərman imzalamağı planlaşdırır.