Close

21:31
17 Yanvar 2025
21:25
17 Yanvar 2025

Livandakı suriyalı məhbuslar ölkələrinə qaytarılacaq

Livan həbsxanalarındakı suriyalı məhbuslar ölkələrinə qaytarılacaq.

TNS xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar Livanın baş naziri Nəcib Mikati və xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.