Yollar buz bağladı, 27 avtomobil toqquşdu
43
21:31 - 11 Yanvar 2025
Ermənistanda yolların buz bağlaması və duman səbəbindən Araqatsot bölgəsində İrəvan-Gümrü avtomobil yolunun 82-ci km-dən 86-cı km-dək olan hissəsində zəncirvari qəzalar baş verib.
TNS xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Məlumata görə, zəncirvari qəzalar nəticəsində 27 avtomobil toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alanlara dair məlumat daxil olmayıb.