Close

12:25
20 Yanvar 2025

Moskvadan gələn təyyarə Bakının üzərindən geri döndü - FOTO

Moskvadan gələn təyyarə Bakının üzərindən təcili geri dönüb.

TNS Musavat.com-a istinadən xəbər verir ki, Moskvanın Vnukovo hava limanında "UTair" aviaşirkətinə aid Moskva-Dubay reysi üzrə uçan təyyarə eniş edib.

"UTair"dən verilən məlumata görə, təyyarənin təcili geri dönməsinin səbəbi "hidravlik mayenin səviyyəsinin dəyişməsi" olub.

"Flightradar24" xidmətinin məlumatına görə, təyyarə Bakının yaxınlığından dönərək, geri, Moskvaya yönəlib. Təyyarənin göyərtəsində 240 sərnişin olub.

photo_2025-01-11_20-46-31