Close

İki qatar toqquşdu, 30-dan çox insan...

Fransanın Strasburq şəhərində iki qatar toqquşub.

TNS xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, tramvaylardan biri digərinin yoluna çıxıb.

Qəzada azı 30 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Nəşr hesab edir ki, qəzaya ilkin səbəb kimi açarların dəyişdirilməsində səhv ola bilər.

Vurğulanıb ki, Strasburq stansiyasında tramvay hərəkəti hər iki istiqamətdə dayandırılıb.