“Qəzzada razılıq andiçmədən əvvəl baş verə bilər”
17
22:09 - 10 Yanvar 2025
“Qəzzada girovlarla bağlı razılıq Trampın andiçmə mərasimindən əvvəl baş verə bilər”.
TNS xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırkı rəqəmlərə görə 100 girov var ki, onlardan yeddisi ABŞ vətəndaşıdır.
Kirbinin sözlərinə görə, Bayden administrasiyası müqavilənin həllinə nail olmağa çalışır.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-si baş tutacaq.