Close

Silahlı qruplar Hələbdə zindanda saxlanılan dustaqları azadlığa buraxıblar - VİDEO

Bəşər Əsəd hökumətinə qarşı çıxan silahlı dəstələr Hələb şəhərinin zindanında saxlanılan məhbusları azad ediblər.

TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ərəbdilli "Telegram" kanallar məlumat verib.

Belə ki, Bəşər Əsəd hakimiyyətinə qarşı çıxan silahlı qüvvələr Hələb şəhərindəki "Tarek bin Ziyad" həbsxanasına nəzarəti ələ keçiriblər.

Məlumata görə, aralarında qadınların da olduğu siyasi məhbuslar azadlığa buraxılıblar.