Close

21:52
08 Dekabr 2024
21:34
08 Dekabr 2024
20:00
08 Dekabr 2024

Serbiya nüvə müharibəsi təhlükəsi ilə əlaqədar sığınacaqlar tikməyə hazırlaşır

Serbiya nüvə müharibəsi olacağı təqdirdə əhali üçün bomba sığınacaqları hazırlamağa başlayacaq.

TNS UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç yerli Pink telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, müvafiq qurumlardan aldığı hesabatlara görə, nüvə, yaxud atom hücumları olacağı təqdirdə vətəndaşların istifadə edə biləcəkləri sığınacaqların sayı çox azdır və bununla bağlı mühüm işlər görülməlidir.

Ukrayna və Rusiyada vəziyyətin gərginləşməsinə gəlincə, Vuçiç bildirib ki, vəziyyət getdikcə daha çox nəzarətdən çıxa bilər.