Close

18:20
06 Dekabr 2024

"Onun tək günahı mənim həyat yoldaşım olmaqdır"

Venesuela Prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampa Bolivar Respublikasına qarşı yeni sanksiyalar tətbiq etdiyinə görə təşəkkür edib.

TNS xəbər verir ki, bu barədə Maduro dövlət televiziyasında çıxışında bildirib.

“Mən sanksiyalarla əhatə olunmuşam, təşəkkür edirəm Donald Tramp, bu, medal kimidir”,- o qeyd edib.

Venesuela rəhbəri ABŞ-nin həyat yoldaşı Siliya Floresə qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib:

“Mən heç vaxt belə bir şey görməmişəm. Mənə hücum edin, amma Siliyanı qarışdırmayın, ailəni qarışdırmayın, qorxaq olmayın. Onun yeganə günahı mənim həyat yoldaşım olmaqdır. Maduronun öhdəsindən gələ bilmədiklərinə görə, Siliyaya hücum edirlər, lakin onun da öhdəsindən gələ bilmirlər, çünki o, güclü qadındır”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl Nikolas Maduronun həyat yoldaşına, müdafiə, rabitə və informasiya nazirləri də daxil 21 rəsmi şəxsə qarşı sanksiya tətbiq edib.