Close

18:20
06 Dekabr 2024

Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq məqsədilə xüsusi elçi təyin etmək niyyətindədir.

TNS xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri çox təcrübəli və hörmətli xüsusi elçi təyin olunacağını, ona sülh sazişinin əldə olunmasını təşviq etməyin tapşırılacağını və təyinatın tezliklə baş tuta biləcəyini bildirib.

Ehtimal olunur ki, 2017-2019-cu illərdə Ukrayna üzrə könüllülük əsasında xüsusi elçi olmuş Kurt Uolker kimi kimi bu vəzifəni icara edəcək şəxs də ödənişsiz əsaslarla çalışacaq.