Finlandiya NATO-ya öz ərazisində kəşfiyyat PUA-ları bazasının qurulmasını təklif edib
Finlandiya hökuməti NATO-ya ölkə ərazisində Rusiya ilə sərhəd boyunca məlumat toplamaq məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatları (PUA-lar) üçün bazanın yerləşdirilməsini təklif edib.
TNS-in məlumatına görə, bu barədə Finlandiyanın ictimai yayımçısı “Yle” xəbər yayıb.
Məlumatda bildirilir ki, Finlandiya NATO-ya öz bazasını təklif edib, ölkənin Hərbi Hava Qüvvələrinin isə bu məqsədlə dörd alternativ variantı var, ehtimal olunan yerləşmə yeri isə Pirkkala ola bilər.
Hazırda NATO bu məsələnin ilkin mərhələsindədir və bütün ölkələr arasında hələ də siyasi razılıq əldə olunmayıb. Qərarın 2025-ci ildən tez verilməsi gözlənilmir. Hazırda kəşfiyyat PUA-ları İtaliyada yerləşir.