Close

19:45
03 Noyabr 2024
19:30
03 Noyabr 2024

Nebenzya: “Nə razılaşma olacaq, nə də Ukrayna...”

Cəbhə xəttinin hazırki yerdə dondurulması və yeni Minsk razılaşmaları olmayacaq.

TNS xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

“Minsk razılaşmaları ssenarilərinin təkrarı olmayacaq, Zelenskinin yaraları sağaltması üçün cəbhə xətti hazırki yerdə dondurulmayacaq. Necə ki, Ukrayna bu və ya digər şəkildə NATO-ya üzv olmayacaq”,- diplomat qeyd edib.

O, ukraynalı ortaqlarına əhəmiyyət verən hər kəsə Zelenski qruplaşması haqqında deyil, uzunmüddətli maraqları Rusiya ilə sülh və mehriban qonşuluq olan Ukrayna xalqı haqqında düşünməyi tövsiyə edib.