Qasırğa faciəyə səbəb oldu, ölən və yaralananlar var
55
22:23 - 31 Oktyabr 2024

Tayvanda qasırğa fəlakətə səbəb olub.
TNS Tayvanın CNA İnformasiya Agentliyinə istinadən xəbər verir ki, qasırğası nəticəsində 1 nəfər ölüb, 73 nəfər yaralanıb. Ölən şəxs ölkəyə gəzməyə gələn əcnəbi turistdir.
Daşqın və sürüşmə təhlükəsi olan ərazilərdən 9658 nəfərin təxliyə edildiyini açıqlanıb.
Ümumilkdə 153 min evin elektrik enerjisi kəsilib.
Güclü külək və yağış daşqınlara və torpaq sürüşməsinə səbəb olub, evlərə, yollara və kritik infrastruktura ziyan vurub.
Qasırğa səbəbiylə Tayvan Taoyuan Beynəlxalq Hava Limanında 241 uçuş ləğv edilib.