Konqres Baydenə qarşı qətnamə qəbul edəcək
ABŞ Konqresində Respublikaçılar Partiyası prezidentliyə namizəd Donald Trampın tərəfdarlarını zibil adlandıran Amerika Prezidenti Co Baydeni qınayan qətnamə qəbul etmək niyyətindədir.
TNS xəbər verir ki, bu barədə “Fox News” telekanalı nümayəndələr palatasının üzvü Con Rouza istinadən məlumat yayıb.
“Əvvəlcə Demokratlar ölkənin yarısını qeyri varlıqlar adlandırdılar. İndi isə bizə zibil deyirlər. Demokratların ölkənin yarısının fikir və düçüncələrinə hörmətsizliyi, ifrat sol liberalların rəhbərliyinin səhvidir”, - deputat bildirib.
Rouz qeyd edib ki, onlar qətnaməni həftənin sonuna qədər təqdim etməyi planlaşdırırlar.
Xatırladaq ki, Bayden oktyabrın 30-da Voto Latino vəkillər qrupunun təşkil etdiyi Zoom video konfransı zamanı Tramp tərəfdarlarını zibil adlandırıb.