Rusiyada bəzi aeroportlar fəaliyyətini dayandırdı

Ufa hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
TNS xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviation) mətbuat xidməti məlumat yayıb.
Ufa hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər Moskva vaxtı ilə saat 17:50-dən etibarən tətbiq edilib.
Hava limanının ərazisində bu məhdudiyyətlərin hansı səbəbdən tətbiq edildiyini Federal Hava Nəqliyyatı Agentliyi açıqlamayıb.
Oktyabrın 31-də Saratovdakı Qaqarin Beynəlxalq Hava Limanında da təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti qadağa tətbiq edilib. Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib ki, Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarə ilə hücum təhlükəsi ilə bağlı xəbərdarlıq alıb.
Həmçinin cümə axşamı Samara hava limanı təxminən dörd saat ərzində reyslərə xidmət göstərməyib.