Ukrayna müharibədə Amerikanın yeni PUA-larından istifadə edir

Ukrayna əsgərləri Amerikanın “Switchblade 600” kamikadze təyyarələrindən istifadə etməyə başlayıblar.
TNS xəbər verir ki, bu barədə “İzvetiya” məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində bu pilotsuz uçuş aparatının yeni modifikasiyasından fəal şəkildə istifadə edirlər.
Tor-M2 zenit kompleksinin operatoru serjant Aleksandr İvanov nəşrə bildirib ki, onların dəqiq hesablamaları PUA-lardan birini məhv edə bilib.
Vurulmuş təyyarə qalıqlarının təhlili göstərib ki, bunlar 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş "Switchblade 300" deyil, "Switchblade 600" kamikadze pilotsuz uçuş aparatlarının yeni modifikasiyalarıdır.