Close

HƏMAS-dan İsrailə təklif

Biz mübadilə razılaşmasının deyil, müharibənin bitməsinin tərəfdarıyıq.

TNS xəbər verir ki, bunu HƏMAS-ın yüksək rütbəli rəsmisi Taher əl-Nunu Livanın “Əl-Mayadin” kanalına bildirib.

"Bütün danışıqlarda biz müharibəni dayandırmağa çalışırıq, İsrail isə yalnız mübadilə sövdələşməsini istəyir. İstənilən razılaşmada daimi atəşkəs, qoşunların çıxarılması, sektorun yenidən qurulması, mühasirənin dayandırılması və mübadilə sazişi olmalıdır. İsrailin bütün işi vaxtı ləngitməkdir, onlar deyirlər ki, ABŞ seçkiləri öncəsi danışıqlar gedir”,- HƏMAS rəsmisi qeyd edib.

Taher əl-Nununun sözlərinə görə, keçmişdə də, indi də və gələcəkdə də HƏMAS ona təzyiq etməyi düşünənlərə təslim olmayacaq.