Trampa görə dalaşan qadınlar təyyarədən qovuldular
“British Airways” aviaşirkətinin sərnişinləri ABŞ prezidentliyinə namizəd Donald Trampın şüarı yazılmış papaq üstündə dava ediblər.
TNS xəbər verir ki, bbarədə “The Sun” məlumat yayıb.
Oktyabrın 28-də Londonun Hitrou hava limanında Texas ştatının Ostin şəhərinə uçuş gözləyən iki qadın arasında münaqişə baş verib. Sərnişinlərdən biri digərinə 2016-cı ildə Tramp tərəfindən məşhurlaşan “Amerikanı yenidən möhtəşəm et” şüarı yazılmış qırmızı papağı çıxarmasını tələb edib.
Qadın bundan imtina edib, sərnişinlər arasında mübahisə təyyarəyə mindikdən sonra da davam edib. İşə polislər qarışıb və sərnişinlər təyyarədən endiriliblər.
Təyyarə iki saat gecikmə ilə onlarsız yola düşüb.