İspaniyada daşqınlar nəticəsində 92 nəfər ölüb
İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər həlak olub.
TNS xəbər verir ki, bu barədə bölgənin fövqəladə hallar xidməti “X” hesabında məlumat yayıb.
Bildirilib ki, hazırda qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
İspaniyanın daha iki bölgəsində də üç ölüm faktı qeydə alınıb.
13:47
İspaniyanın cənub-şərqində güclü daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb.
TNS CNN-ə istinadən xəbər verir ki, bu barədə Valensiya bölgəsinin hökuməti məlumat yayıb.
İspaniyanın cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.