Close

17:20
12 Oktyabr 2024
16:10
12 Oktyabr 2024

MDB XİN başçıları şurasının iclasında müzakirə ediləcək məsələlər açıqlandı

Oktyabrın 7-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

TNS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın sədrliyi ilə keçiriləcək iclasda XİN başçıları MDB çərçivəsində əməkdaşlığı, təhlükəsizlik, iqtisadiyat, mədəniyyət və digər sahələrdə qarşılıqlı fəaliyyəti müzakirə edəcək, 2024-cü ildə görülən işlərə yekun vuracaqlar.

Zaxarova MDB XİN başçıları şurasının iclasında nazirlərin gündəmdə olan beynəlxalq və regional məsələlərin həllini müzakirə edəcəklərini də açıqlayıb.

Qeyd edib ki, iclasda eyni zamanda Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə hazırlıq məsələləri də müzakirə olunacaq.