Close

17:20
12 Oktyabr 2024
16:10
12 Oktyabr 2024

Mirzoyan: "Əvvəlki münasibətlərə qayıtmaq niyyətimiz yoxdur"

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.

TNS xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.

“Heç kimə sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanıb idarə olunmalıdır, mən risklərin idarə edilməsini nəzərdə tuturam”,- XİN rəhbəri deyib.

Mirzoyan həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil.

“Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”,- o əlavə edib.