İranın raket hücumu bitdi
65
22:05 - 01 Oktyabr 2024

Hazırda İrandan İsrailə yönələn əlavə təhdidlər yoxdur və bu, raket hücumunun bitdiyini göstərir.
TNS “The Times of İsrael”ə istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.
“Müdafiə zamanı biz kifayət qədər raket zərərsizləşdirmişik”, - Haqari deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə hücumun qiymətləndirilməsi həyata keçirilir və itkilər barədə dəqiq məlumat yoxdur.