Close

18:27
08 Oktyabr 2024

Həbsxanaya dronlu hücum edilib - VİDEO

Ekvadorda əvvəllər yüksək vəzifədə olan məhbusların, o cümlədən keçmiş vitse-prezident Xorxe Qlasın saxlanıldığı "La Roka" həbsxanasına cinayətkar qruplar tərəfindən təşkil edilmiş pilotsuz uçuş aparatlarının hücumunun videosu dərc edilib.

TNS-in "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, kadrlar hökumətin hücumla bağlı yalan informasiyasını ortaya çıxarıb.

Belə ki, hökumət nümayəndələri bundan əvvəl bildirmişdilər ki, pilotsuz təyyarə müəssisəyə çatmamışdan əvvəl ələ keçirilib, lakin videodan bunun belə olmadığı üzə çıxıb.


 

Qeyd edək ki, hücumu son aylarda fəaliyyəti ilə hakimiyyəti ciddi narahat edən yerli cinayətkar qruplar təşkil edib. Hadisə Ekvadorda mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndiyi bir vaxtda baş verib. Burada dronlardan istifadə strateji əhəmiyyətli obyektlərə hücum etmək və güc nümayiş etdirmək üçün cinayətkar qruplar arasında getdikcə daha populyar olur. Quayakil şəhəri yaxınlığında yerləşən "La Roka" həbsxanası son vaxtlar korrupsiyada və digər ağır cinayətlərdə ittiham olunan şəxslərin orada saxlanılması səbəbindən diqqət mərkəzindədir.