Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub
33
23:00 - 15 Avqust 2024

Konqo Demokratik Respublikasında (KDR) bu il mpox (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 15 mini keçib, 500-dən çox insan ölüb.
TNS “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Samuel Roje Kamba bildirib.
“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 15 664 mpox-a yoluxma hadisəsi və bu virusla bağlı 548 ölüm hadisəsi baş verib”, - o deyib.
Nazir əlavə edib ki, ölkənin 26 əyalətinin hamısında yoluxma qeydə alınıb.