Close

Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ukraynanın qərbindəki Ternopol vilayətinin Dobrovodı kəndində 45 yaşlı hərbi geyimli kişi avtomatdan insanlara tərəf atəş açıb.

TNS xəbər verir ki, bu barədə Ternopol vilayətinin polisi məlumat yayıb.

Məlumata görə, Jitomir vilayətinin 45 yaşlı sakini avtomatdan insanlara bir neçə dəfə atəş açıb, nəticədə 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hücum edən şəxs qaçmağa çalışıb, lakin daha sonra polisin xüsusi əməliyyatı zamanı saxlanılıb.