Futbol oyunu zamanı stadionun damı uçub - VİDEO
239
11:46 - 23 May 2022
Qazaxıstanın Şımkənd şəhərində futbol oyunu zamanı stadionun damı uçub.
TNS m24.ru saytına istinadən xəbər verir ki, sahəsi 400 kvadratmetr olan dam komandalardan birinin qapısının arxasına düşüb.
Ölkənin Fövqəladə Hallar İdarəsi hadisənin güclü külək nəticəsində baş verdiyini bildirib. Ölən və ya xəsarət alan yoxdur.
"Ordabası" - "Aksu" matçı dayandırılıb və başqa vaxta keçirilib.