Close

Fidan Dohada HƏMAS-ın rəhbəri vəzifəsini icra edən şəxslə görüşdü

Türkiyən xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Maşal ilə görüşüb.

Görüşdə İsmayıl Haniyənin övladları - Əbdüssalam və Həmmam Haniyə də iştirak edib.

TNS TRT-yə istinadən xəbər verir ki, Fidan Xalid Maşal və Haniyənin övladlarına HƏMAS-ın Tehranda qətlə yetirilən liderinin ölümü ilə əlaqədar başsağlığı verib.