Putin azad edilən rusları hava limanında şəxsən qarşılayıb
59
23:43 - 01 Avqust 2024

Rusiya Prezidenti Vladimir Putin mübadilə nəticəsində azad edilən rusları Vnukovo hava limanında şəxsən qarşılayıb.
TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya lideri onlarla təyyarənin yanında görüşüb. Prezident alayının dörd hərbi qulluqçusu da Rusiya vətəndaşlarını salamlayıb.
Qeyd edək ki, Qərb ölkələrində həbsdə olan ruslar hava limanına “Rusiya” adlı xüsusi uçuş dəstəsinin göyərtəsində gəliblər.