Close

17:15
07 Fevral 2025

Qubernatorun oğlu avtomobil qəzasında öldü

Rusiya Federasiyasının Saratov vilayətinin qubernatoru Roman Busarqinin 16 yaşlı oğlu Saratovda avtomobil qəzası nəticəsində ölüb.

TNS gazeta.ru-ya istinadən xəbər verir ki, onuncu sinif şagirdi olan yeniyetmə hadisə vaxtı "Lada Granta" avtomobilinin sərnişin oturacağında olub.

Sokolova küçəsində minik avtomobili yolun kənarında dayanan yük maşınına çırpılıb. Yeniyetmə ilə birlikdə "Granta"nın 20 yaşlı sürücüsü də ölüb.

Prokurorluq bildirir ki, "Lada Granta" idarəetmədən çıxaraq, "MAN" markalı yük maşını ilə toqquşub.