Close

Yunanıstanda güclü meşə yanğını: yaşayış məntəqələri boşaldıldı

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə meşə yanğınları başlayıb.

TNS xəbər verir ki, yanğın səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

Ölkənin İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların cib telefonlarına göndərilən təcili xəbərdarlıqda onların Koropi yaxınlığındakı Lambrakini tərk etmələri istənilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.