Close

NATO ölkələri müdafiə xərclərini artırıb

NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərini artırıb.

TNS xəbər verir ki, bu barədə müttəfiq ölkələrin müdafiə xərcləri ilə əlaqədar hazırlanan hesabatda bildirilib.

Hesabata əsasən, NATO üzvlərinin müdafiə xərclərinin ümumi məbləği 1,47 trilyon dollara yüksəlib.

Bu istiqamətdə xərcləri ən çox artıran ölkələrin siyahısına ABŞ başçılıq edir. Sonrakı yerlərdə İngiltərə, Almaniya, Fransa, İtaliya, Türkiyə, Niderland və İspaniyadır.
Bu il büdcəsindən müdafiəyə ən çox vəsait ayıran ölkə isə Polşadır. Polşa büdcəsinin 4,12 faizi bu xərclər üçün ayrılıb.