Close

Rusiya və Ukrayna neçə hərbi əsir qaytarıb?

Rusiya Federasiyası ilə Ukrayna arasında 40-dan çox hərbi əsir mübadiləsi aparılıb.

TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ombudsmanı Tatyana Moskalkova bildirib.

“Həqiqətən də proses çətindir, lakin Müdafiə Nazirliyi və xüsusi xidmət orqanları proseslərin dayanmaması üçün çox işlər görür. Bu günə kimi 40-dan çox mübadiləmiz olub. Biz də bu proseslərdə iştirak edirik və təsdiq etməliyəm ki, dialoq çətindir”, - Moskalkova qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası əsir götürülmüş 430 hərbçinin siyahısını dərc edib, onları Ukraynaya təhvil verməyə və əvəzində eyni şərtlərlə öz hərbi əsirlərini qəbul etməyə hazırdır.

Qeyd edək ki, sonuncu dəfə mayın 31-də Rusiya və Ukrayna arasında əsir düşmüş hərbçilərin mübadiləsi olub. Hər tərəfdən 75 nəfər qaytarılıb.