Close

Rusiya XİN: "Fransa Ermənistana silah satmaqla Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir"

Fransa Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik edir.

TNS xəbər veir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, "CAESAR" haubitsalarının Ermənistana tədarükünə dair saziş bunu təsdiqləyir.

“Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından yalnız öz fürsətçil məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. Öz fürsətçil məqsədləri dedikdə təkcə Fransanın milli maraqlarını nəzərdə tutmuram, həm də NATO ideologiyasının vasitəçisi olan Fransanı nəzərdə tuturam”, - M.Zaxarova deyib.