Close

Qəzzada ölənlərin sayı- Son sutkada 24 nəfər həlak olub

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində 24 saat ərzində 20-dən çox fələstinli həlak olub.

TNS xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son sutka ərzində 24 nəfər ölub, 71 nəfər isə yaralanıb”,- məlumatda bildirilib.

Ötən ilin oktyabrında İsrail ordusunun Qəzzada hərbi əməliyyatlara başlamasından bu yana ümumilikdə 37 min 396 fələstinli həlak olub, 85 min 523 nəfər yaralanıb.