İsrail 50 fələstinli məhbusu azad etdi
28
18:38 - 11 İyun 2024
İsrail hökuməti dövlət həbsxanalarında saxlanılan 50 fələstinlini azad edib.
TNS xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı xəbər verib.
Bildirilir ki, məhbuslar Qəzza zolağının şimalındakı Beyt-Lahiya şəhərinin qərbində yerləşən "Zikim" keçid məntəqəsindən buraxılıblar.
Onların "Kamal Advan" xəstəxanasına köçürüldüyü qeyd edilib.