Close

Məhkumlar mühafizəçiləri zəhərlədilər

İngiltərənin Şeppi adasındakı yüksək təhlükəsizlik həbsxanasında məhkumlar nəzarətçiləri zəhərləyiblər.

TNS xarici mediaya istinadən xəbər verir ki, işçi yeməkxanasında çalışan məhkumlar mühafizəçilərin yeməklərinə ədviyyat əvəzinə dərman qatıblar.

Nəticədə 1100 məhbusun saxlandığı həbsxananın 25 əməkdaşı xəstəxanaya yerləşdirilib, onlarda çətin nəfəs alma və ürək döyüntüsünün artması kimi simptomlar yaranıb.

Cinayət Ədliyyəsi İşçiləri Həmkarlar İttifaqının (CJWU) sözçüsü bildirib ki, məhkumların işçi yeməkxanalarda işləməsi qeyri-adi olmasa da, onların aşağı riskli olması gözlənilir. Bu ssenaridə isə belə deyil.