Close

Bayden Trampla debata razılaşdı

ABŞ Prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə əsas rəqibi Donald Trampla debatda iştirak etməyə razı olduğunu bildirib.

TNS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Nə vaxt bilmirəm, amma onunla debata çıxmağa məmnun olaram",- Bayden deyib.

O, bunun nə zaman baş tutacağı barədə əlavə məlumat veməyib.

Qeyd edək ki, debat təklifini Tramp ona qarşı cinayət işinin davam etdiyi məhkəmədə edib.